10:52
715
12 Punto 14 Punto 16 Punto 18 Punto

Türkiyə paytaxt Ankarada baş vermiş terror aktına layiqli cavab verəcək.

Teleqraf.com xəbər verir ki, bunu politoloq Ərəstun Oruclu deyib.

“Türkiyənin problemin danışıqlar və siyasi yollarla həlli təklifinə PKK-nın sponsorları terror dilində cavab verdilər. İnanıram ki, bununla həm də Türkiyə sənayesinin göz bəbəyini (TUSAŞ) hədəfə alanlar onun layiqli cavab verə biləcəyini də unutmayıblar”, - analitik bildirib.

Dünən Türkiyə Aerokosmik Sənayesi Şirkətinin (TUSAŞ) paytaxtdakı obyektlərinə qarşı terror aktı həyata keçirilib. Olay zamanı 5 nəfər həlak olub, 25-ə yaxın insan yaralanıb.

Hadisədən bir gün əvvəl Milliyyətçi Hərəkat Partiyasının (MHP) sədri Dövlət Baxçalı PKK terror təşkilatını silahı yerə qoymağa, özünü buraxmağa çağırmışdı.

Həbsdə olan PKK lideri Abdullah Öcalanın mümkün azadlığa buraxılmasından danışan Baxçalı belə söyləmişdi:

“Onun təcridi aradan qaldırılsa, Türkiyə parlamentinə gələrək terrora son qoyduğunu açıqca bəyan etməlidir. Gəlib DEM Partiyasına (HDP) qatılsın, silahı yerə qoyduğunu, terrorun tamamilə bitdiyini, PKK-nın ləğv olunduğunu açıqlasın”.


Müəllif: Mənsur Rəğbətoğlu