19:18
12 Punto 14 Punto 16 Punto 18 Punto

İspaniyanın "Real" (Madrid) klubunun futbolçusu Vinisius Junior azarkeşlərin səsverməsinə əsasən Çempionlar Liqasında həftənin ən yaxşı oyunçusu seçilib.

Teleqraf.com xəbər verir ki, o, səsvermədə Rafinya ("Barselona"), Takumi Minamino ("Monako") və Ticani Reyndersi ("Milan") qabaqlayıb .

Qeyd edək ki, Çempionlar Liqasının Liqa mərhələsinin III turunda "Borussiya" (Dortmund, Almaniya) ilə matçda het-trik edən braziliyalı vinger komandasının qələbəsinə əsas pay sahibi olmuşdu.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər