18:01
410
12 Punto 14 Punto 16 Punto 18 Punto

İsrailin İrana qarşı bugünkü hərbi hava əməliyyatları Tehranın etdiklərinin real bədəli olmadı.

Teleqraf.com xəbər verir ki, bunu İsrail Knessetinin deputatı, “İsrail Bizim Evimizdir” partiyasının sədri Aviqdor Liberman deyib.

“Biz ağır reallığa və iranlıların burada dayanmayacağına laqeyd qala bilmərik. Onlar nüvə silahı əldə etmək üçün səylərini, neft-qaz satışından əldə olunan vəsaiti “Hizbullah”, husilər, şiə yaraqlılar və müxtəlif proksi qüvvələrə yönəltməyə davam edəcəklər”, - Liberman vurğulayıb.

Siyasətçinin fikrincə, hökumət İsrailin əsl gücünü göstərən addımlar atmalıdır.

Liberman İsrail hakimiyyətini İranın strateji obyektləri və hərbi-siyasi elitasını hədəfə almağa çağırıb. Bununla belə, o, bu səhər İranın bir sıra hərbi obyektlərini dəqiq zərbələrlə məhv edən İsrail Hərbi Hava Qüvvələrinin qabiliyyəti və peşəkarlığını yüksək qiymətləndirib.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər