17:02
385
12 Punto 14 Punto 16 Punto 18 Punto

Son 16 ildə ABŞ-a kabuslar yaşadan qasırğaların ölkəyə vurduğu zərər açıqlanıb.

Teleqraf.com xəbər verir ki, bu barədə Milli Okean və Atmosfer Agentliyinin Milli Qasırğa Mərkəzi məlumat yayıb.

Qurum bildirir ki, iyunun əvvəlindən noyabrın sonuna qədər davam edən Atlantik qasırğa mövsümündə orta hesabla üç böyük qasırğa yaşanır.

Helen qasırğasının bu yaxınlarda yaratdığı fəsadlar göstərdi ki, bu təbii fəlakət məhv olmuş infrastruktur və evlərdən tutmuş elektrik enerjisinin kəsilməsi, daşqınlar və yerli iqtisadiyyatların pozulmasına qədər milyardlarla dollar ziyana səbəb olur.

Hər il ABŞ-ın kabusuna çevrilən qasırğalar son 16 ildə ölkəyə ümumilikdə 741.4 milyard dollarlıq ziyan vurub.

Qeyd edilən dövr ərzində Amerikanı vuran “ən bahalı qasırğalar” aşağıdakılardır:

Ayk qasırğası - 195 can itkisi, 43.9 milyard dollar

Endryu qasırğası - 65 can itkisi, 60.6 milyard dollar

İrma qasırğası - 134 can itkisi, 64.2 milyard dollar

Sendi qasırğası - 254 can itkisi, 89.1 milyard dollar

Yen qasırğası - 160 can itkisi, 121.6 milyard dollar

Harvi qasırğası - 68 can itkisi, 160.5 milyard dollar

Ketrin qasırğası - 1392 can itkisi, 201.5 milyard dollar


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər