17:50
327
12 Punto 14 Punto 16 Punto 18 Punto

Rusiya Ukraynaya təkbaşına qalib gələ bilmədiyini göstərdi.

Teleqraf.com xəbər verir ki, bunu Ukrayna Təhlükəsizlik Xidmətinin keçmiş rəis müavini general Viktor Yaqun deyib.

Onun fikrincə, buna Şimali Koreya qoşunlarının döyüş əməliyyatlarına cəlb olunması sübut edir.

“Şimali Koreyanın Rusiyanın Ukraynaya qarşı müharibəsində iştirakı təsdiqləyir ki, Moskva təkbaşına qələbə qazana bilməz. Rusiya daxili “qırmızı xətlər”ini keçmək, xüsusən də böyük şəhərlərdə səfərbərlik elan etmək istəmir. Bunun sosial narahatlığa səbəb olacağından qorxur”, - general qeyd edib.

Yaqun ümid etdiyini bildirib ki, dünya bunun nə qədər təhlükəli olduğunu anlayacaq, Şimali Koreya hərbçilərinin savaşa girməsi qlobal təhlükəsizlik sistemi üçün ciddi çağırışdır.

General vurğulayıb ki, Şimali Koreya ordusunun 1953-cü ildən döyüş təcrübəsi olmamasına baxmayaraq, əmrlərə tabe ola bilir və cəbhədən qaçmayacaq.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər