18:13
1 512
12 Punto 14 Punto 16 Punto 18 Punto

İsrailin həyata keçirdiyi hava hücumlarında hədəfə alınan obyektlərdən biri Tehran yaxınlığındakı “İmam Xomeyni” beynəlxalq hava limanında yerləşdirilmiş S-300 hava hücumundan müdafiə sistemi olub.

Teleqraf.com xəbər verir ki, bu barədə “Nyu-York Tayms”a iki İran rəsmisi deyib.

Adı açıqlanmayan rəsmilərin sözlərinə görə, İran İslam İnqilabı Keşikçiləri Korpusunun (SEPAH) ən azı üç raket bazası hədəfə alınıb.

İsrail PUA-larının hədəfində Tehran yaxınlığındakı gizli Parçin hərbi bazası da olub. PUA-lardan biri bazaya çırpılıb.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər