Amerikalı reper P-Diddi Bruklin həbsxanasında 55 yaşını qeyd edib.
Teleqraf.com xarici KİV-lərə istinadən xəbər verir ki, ona səhər yeməyində souslu peçenye, sobada bişirilmiş kartof, çörək və yulaf əzməsi təqdim edilib.
Naharda ona pendirli pizza, italyan makaron salatı və yaşıl lobya təklif edibilər, axşam yeməyində isə qara lobya, yerkökü ilə qızardılmış toyuqlu düyü və tofu hazırlanıb.
P-Diddi 17 sentyabr 2024-cü ildə seks alveri və fahişəliyə təşviq etməkdə ittiham edilərək həbs edilib.