Fransada aksiya keçirən fermerlər birliyi "CR47" ölkədə ərzaq tədarükünü dayandırmaqla hədələyir.
Teleqraf.com xəbər verir ki, bu barədə "France Press" məlumat yayıb.
Qeyd edilir ki, CR47 bütün fermerləri noyabrın 19-da prefekturalar qarşısında nümayiş keçirməyə çağırıb. Onlar bildirib ki, Beşinci Respublikanın səlahiyyətliləri hərəkətə keçməyəcəkləri halda fermerlər ərzaq tədarükünü dayandıracaqlar.