"Ukrayna prezidenti Vladimir Zelenski Polşanı Rusiya ilə silahlı münaqişəyə sürükləməyə çalışır".
Teleqraf.com xəbər verir ki, bunu nüsahibəsində Polşanın rəqəmsallaşma naziri Kşiştof Qavkovski deyib.
“Zelenski Polşanın Ukrayna üzərindən raketlər atmasını istəyir. Bu o deməkdir ki, o, Polşanın müharibəyə girməsini istəyir. Bununla da Polşa Rusiya ilə müharibə vəziyyətində olacaq”, - nazir bildirib.