4 Noyabr 12:54
1 168
12 Punto 14 Punto 16 Punto 18 Punto

NATO üzvləri öz ərazilərindən uzaqda, Asiya-Sakit Okean regionunda “müdafiə döyüşləri” aparmaq niyyətindədir.

Teleqraf.com xəbər verir ki, bunu Rusiya xarici işlər naziri Sergey Lavrov deyib.

“Qərb, xüsusən də anqlo-saksonlar heç vaxt kifayətlənmirlər. Onlara Avropada Rusiyaya qarşı açdıqları müharibə də kifayət eləmir. İyul ayında Vaşinqtonda keçirilən sammitdə NATO liderləri alyansın təkcə Avro-Atlantik regionda yox, həm də Asiya-Sakit okean bölgəsində aparıcı rolu ilə bağlı iddialarını təsdiqləyiblər. NATO bəyannaməsini oxuyanda məlum olur ki, bu “müdafiə alyansı” öz üzvlərinin ərazisini qorumaq üçün həm Cənubi Çin dənizi, həm də Tayvan boğazında “müdafiə döyüşləri” həyata keçirmək niyyətindədirlər”, - nazir bildirib.

Lavrovun sözlərinə görə, bu yol Qərbi heç yerə aparıb çıxarmayacaq.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər