4 Noyabr 14:23
4 452
12 Punto 14 Punto 16 Punto 18 Punto

Hesab edirəm ki, sərhədin delimitasiya qaydasının mövcudluğu həm Ermənistan, həm də Azərbaycan üçün böyük qələbədir.

Teleqraf.com xəbər verir ki, bunu Ermənistan parlamentinin spikeri Alen Simonyan deyib.

Sərhədin delimitasiya komissiyalarının birgə fəaliyyətinə dair əsasnamənin təsdiqlənməsi barədə danışan spiker bildirib:

“Bu, Ermənistan və Azərbaycan arasında ilk sənəddir və onun həyata keçirilməsi hər iki ölkənin müstəqilliyi və ərazi bütövlüyünün ən mühüm təməl daşlarından biridir. Bu yöndə irəliləyəcəyik”.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər