4 Noyabr 13:52
475
12 Punto 14 Punto 16 Punto 18 Punto

Türkiyənin Kırıkkale vilayətində Balışeyh bələdiyyə sədri Hilmi Şenə silahlı hücum olub.

Teleqraf.com xəbər verir ki, bu barədə “CNN Türk” məlumat yayıb.

Bildirilib ki, o, yerləşdirildiyi xəstəxanada ölüb. Həmçinin bələdiyyə sədrinin sürücüsü Mikail Çelikkol da həyatını itirib.

Silahlı hücumda daha iki nəfər yaralanıb.

Hadisə ilə bağlı bir nəfər silahla birgə şübhəli şəxs qismində saxlanılıb. Onun bələdiyyə sədrinin qohumu olduğu müəyyənləşib.

Qeyd edək ki, H.Şen bu ilin martında keçirilən bələdiyyə seçkilərində qalib gəlib. O, iyulda üzvü olduğu Yenidən Rifah Partiyasından istefa verib.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər