4 Noyabr 16:49
1 072
12 Punto 14 Punto 16 Punto 18 Punto

Aktrisa Sevinc Əliyeva həmkarları ilə münasibətindən danışıb.

Teleqraf.com xəbər verir ki, o, “Pərvizə görə” verilişində bu sözləri deyib: “Paxıllıq yoxdursa, aktrisalar arasında dostluq etmək asandır. Bəlkə inanmazsınız, məndə paxıllıq hissi olmayıb. Bir aktrisa kimi mənim üçün şərait yaradılıb, tanınmışlığın arxasınca qaçmamışam ki, hər yerdə mən olum, sosial mediada bu qədər izləyicim olsun və sairə. Hətta verilişlərə də seçib getmişəm.

Bir insanın bir işi olanda sevinirəm. Deyirəm, nə yaxşı… İndi də ofis var, deyirəm, uşaqlar nə lazımdırsa, köməklik edim və sairə. Düşünürəm ki, mənim də işimə sevinənlər var.

Bəzən deyirlər ki, niyə bunu Sevinc etdi, niyə bacardı? Yenə də qadın faktorudur, ondan irəli gəlir. Məsələn, Zümrüd Qasımova 18 ildir mənim rəfiqəmdir. Hansısa filmimin təqdimatı olanda sona kimi yanımda olur, qaladakı paltar seçiminə qədər kömək edir. Sanki öz təqdimatı kimi yanaşır. Elə rəfiqəm də var idi ki, mənim təqdimatımda qonaq kimi gəlib, şəkil çəkdirib “qaçdım, sağ ol, acından ölürəm” deyib gedib. Fikirləşirəm ki, axı, mən onunla yaxınam, niyə belə edir?

Həmin rəfiqəm mənimlə daha tez-tez görüşür, daha yaxınıq. Amma Zümrüddə belə bir şey yoxdur. Bu peşəyə bağlı deyil. İstəyirsən həkim ol, müəllim ol, fərq etmir. Oğlanlarla dostluğa gəlincə… Mən məktəbdə oğlanlarla daha çox dostluq edirdim, universitetdə də elə oldu. Onlara daha çox güvənirdim. Anam da həmişə deyirdi ki, rəfiqə yıxan evi, heç kim yıxmaz. Bu da beynimdə qalmışdı. İndi qızıma o sözü demirəm”.

Aktrisa uşaqlarından da danışıb: “Uşaqlarda azadlıq və azad seçim var. Amma bir qədər də məndən çəkinirlər. Həmişə demişəm, nə edirlərsə, hər seçimlərində hər zaman yanlarındayam. Sözsüz ki, ailədə hər iki valideynin olması vacibdir. Ataları ilə tez-tez görüşürlər. İkinci dəfə ailə qurmaq istəmirəm. Ümid edirəm ki, maksimum 10 il sonra qızımı ərə verim".

Sevinc Əliyeva “Vətəndaş A” serialının rejissoru və ssenaristi ilə aralarında küsülülüyün olduğunu bildirib: "Aramızda problem yoxdur. Hörmətsizliyi qəbul etmirəm. Olanda uzaqlaşıram”.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər