4 Noyabr 12:45
606
12 Punto 14 Punto 16 Punto 18 Punto

İran hakimiyyəti İsraillə gərginliyin artdığı bir vaxtda ölkənin yəhudi icmasının qətldə təqsirli bilinən üzvünü edam edib.

Teleqraf.com xəbər verir ki, bu barədə “Israel of Times” yazır.

Norveçdə yerləşən İran İnsan Haqları qrupu bildirir ki, Arvin Nataniyel Qəhrəmani kütləvi dava zamanı qətl törətməkdə təqsirli bilindikdən sonra Kirmanşah şəhərində həbsxanada asılıb.

Qəhrəmaninin 2022-ci ildə baş verən davada Əmir Şükrünü bıçaqlı hücum zamanı özünü müdafiə edərkən öldürdüyü bildirilir.

İran qanunlarına görə, bir şəxs qəsdən adam öldürməkdə təqsirli bilinəndən sonra ölüm hökmünün dəyişdirilməsinin yeganə yolu mərhumun ailəsinin cinayətkarı bağışlamasıdır.

İsrail nəşri yazır ki, Qəhrəmani ailəsi yerli qanunun icazə verdiyi kimi Şükrünün ailəsinə edamın qarşısını almaq üçün həll yolu təklif eləsə də, qarşı tərəf bundan imtina edib.

Mənbə bildirir ki, Şükrünün ailəsi geri addım atmamaq üçün molla rejimi və SEPAH-ın təzyiqinə məruz qalıb.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər