4 Noyabr 23:32
205
12 Punto 14 Punto 16 Punto 18 Punto

İran Prezidenti Məsud Pezeşkian gələn həftə BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasında (COP29) iştirak etmək üçün Azərbaycana gələcək.

Teleqraf.com xəbər verir ki, bunu İran Prezident Administrasiyasının ictimaiyyətlə əlaqələr şöbəsinin müdiri Həbibullah Abbasi İRNA agentliyinə açıqlamasında deyib.

Qeyd edək ki, BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyası (COP29) noyabrın 11-22 tarixlərində Bakıda keçiriləcək.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər