08:26
12 Punto 14 Punto 16 Punto 18 Punto

ABŞ-ın Tennessi ştatının sakini Skayler Fillipi kütləvi qırğın silahından istifadəyə cəhd və enerji infrastrukturu obyektini dağıtmaq ittihamı ilə həbs edilib.

Teleqraf.com xəbər verir ki, bu barədə ABŞ Ədliyyə Nazirliyi məlumat yayıb.

Qeyd edilir ki, 24 yaşlı Fillipi partlayıcılarla təchiz olunmuş pilotsuz uçuş aparatından istifadə ilə Neşvildə elektrik stansiyasına hücum planlaşdırıb.

FTB cinayətkarın planını o, pilotsuz uçan aparatı işə salmağa hazırlaşarkən poza bilib.

Nazirliyin məlumatına görə, Fillipi digər infrastrukturlara da hücumlar etmək istəyib


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər