ABŞ prezidenti Co Bayden Maya Sandunu yenidən Moldova prezidenti seçilməsi münasibətilə təbrik edib.
Teleqraf.com xarici mətbuata istinadən xəbər verir ki, bu barədə Ağ Ev bəyanat yayıb.
“Bazar günü Moldova xalqı seçki məntəqələrinə gedərək prezident Sandunun təhlükəsiz, firavan və demokratik ölkə vizyonuna səs verdi”- bəyanatda deyilir.
ABŞ prezidenti həmçinin qeyd edib ki, Rusiyanın Moldovada demokratik təsisatları və seçki proseslərini pozmaq cəhdləri nəticə verməib. Bayden əlavə edib ki, o, Moldova xalqının ölkənin inkişafı üçün Avropaya yönəlmiş demokratik yol seçmək qərarını dəstəkləyir.