4 Noyabr 13:03
565
12 Punto 14 Punto 16 Punto 18 Punto

Noyabrın 5-də keçiriləcək prezident seçkilərində iğtişaşların baş verə biləcəyi ehtimalı ilə əlaqədar ABŞ-ın bir sıra ştatlarında Milli Qvardiya yüksək hazırlıq vəziyyətinə gətirilib.

Teleqraf.com xəbər verir ki, bu barədə CNN telekanalı məlumat yayıb.

Vaşinqton və Oreqon ştatlarında seçki qutuları yandırılıb, nəticədə bir neçə yüz bülleten zərər görüb. Həmin ştatların rəhbərləri bildiriblər ki, qvardiya seçicilərin təhlükəsizliyini təmin etmək üçün hüquq-mühafizə orqanlarına dəstək verəcək.

Vaşinqton qubernatoru Cey İnsli deyib ki, seçkilər zamanı təhlükəsizlik təhdidləri yüksək olaraq qalır, aidiyyəti qurumlar mümkün iğtişaşlara hazırdır.

Oxşar tədbirlər Oreqon ştatında da həyata keçirilib, qubernator Tina Kotek təhlükəsiz səsvermənin vacibliyini qeyd edib və dinc etirazlara çağırıb.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər