"Apple" Avropa Birliyində USB-C şarjının istifadəsini tələb edən qanun səbəbindən İsveçrədə "iPhone SE", "iPhone 14" və "14 Plus" satışını dayandırıb.
Teleqraf.com xəbər verir ki, bu barədə "MacRumors" portalı məlumat yayıb.
Məlumata görə, İsveçrə rəsmi olaraq Avropa Birliyinin bir hissəsi olmasa da, hələ də oranın ticarət qanunlarına tabedir. Şirkətin daha sonradan çıxardığı "iPhone 15" və "iPhone 16" modellərində USB-C portları var.
Şirkət dekabrın 28-dən etibarən ümumiyyətlə Avropa İttifaqı ərazisində USB-C portu dəstəkləməyən bütün "iPhone" modellərini öz saytında və pərakəndə satış mağazalarında satmayacaq.