01:19
205
12 Punto 14 Punto 16 Punto 18 Punto

"Avropa, saxta xəbərlərə əl ataraq bunu inkar etməyə çalışsalar da, Ukraynadakı münaqişəni uduzub".

Teleqraf.com xarici mətbuata istinadən xəbər verir ki, bunu Macarıstanın baş naziri Viktor Orban deyib.

Onun sözlərinə görə, qələbənin məğlubiyyət, məğlubiyyətin isə qələbə olduğunu izah etməyə çalışmaq daha çox Corc Oruellin “1984” romanını xatırladır.

Macarıstanın baş naziri əlavə edib ki, 2022-ci ilin aprelində Moskva və Kiyev sülh sazişinin bağlanmasına yaxın olub, ancaq bu, Qərbin müdaxiləsi səbəbindən alınmayıb.


Müəllif: Arzu

Oxşar xəbərlər