Dünyada sabitliyin təmin edilməsində din amili başlıca yer tutur.
Teleqraf.com xəbər verir ki, bunu Milli Elmlər Akademiyasının prezidenti, akademik İsa Həbibbəyli "Dini maarifləndirmənin aktual məsələləri: ənənə, təcrübə və perspektivlər” mövzusunda keçirilən Azərbaycan Din xadimlərinin Forumunda çıxışı zamanı deyib.
O qeyd edib ki, Azərbaycanda Ulu Öndər Heydər Əliyev tərəfindən əsası qoyulmuş dövlət-din münasibətləri mənəvi kamillləşmənin əsas prinsiplərinə çevrilib:
"Ölkəmiz bu mənada dünyaya nümunədir. Prezident İlham Əliyev tərəfindən uğurla həyata keçirilən siyasət ölkəmizdə multikulturalizm ənənələrinin möhkəmləndirilməsinə xidmət edir".