24 Dekabr 19:02
12 Punto 14 Punto 16 Punto 18 Punto

Moldova sərhədçiləri Ukraynadan qanunsuz miqrasiya fəaliyyəti ilə məşğul olan şəbəkəni müəyyən ediblər.

Teleqraf.com xəbər verir ki, bu barədə Moldova sərhəd polisinin mətbuat xidməti məlumat yayıb.

“Biz Moldova və Ukrayna vətəndaşlarından ibarət təşkil olunmuş qeyri-qanuni miqrasiya şəbəkəsini ifşa edə bildik. Onlar Ocnita (Moldova) və Mogilev-Podolski (Ukrayna) vilayətləri arasındakı sərhəddə fəaliyyət göstərib, sərhədi qeyri-qanuni keçidləri asanlaşdırıb və ukraynalı miqrantların Moldova Respublikasında qalmasını leqallaşdırıb”, – Moldova sərhəd polisinin yaydığı bəyanatda deyilir.

Şəbəkə ukraynalılardan sərhədi keçmələri üçün adambaşına 6,5 min dollar alıb.


Müəllif: Arzu

Oxşar xəbərlər