24 Dekabr 19:27
258
12 Punto 14 Punto 16 Punto 18 Punto

ABŞ-ın ən böyük aviaşirkəti "American Airlines" 25 dekabrda ABŞ-da qeyd olunan Milad ərəfəsində texniki nasazlıq səbəbindən bütün daxili reysləri ləğv edib.

Teleqraf.com xarici mətbuata istinadən xəbər verir ki, bu barədə aviaşirkətin mətbuat xidməti "X" sosial şəbəkəsində məlumat yayıb.

“Sizin təhlükəsizliyiniz bizim əsas prioritetimizdir. Problem həll edildikdən sonra sizi təhlükəsiz şəkildə təyinat yerinə çatdıracağıq”, - aviaşirkətin açıqlamasında bildirilir.

"Bloomberg" nəşrinin məlumatına görə, "American Airlines" şirkəti uçuşları üçün çəki və balans tələblərini hesablamağa mane olan proqram təminatı nasazlığı ilə üzləşib.


Müəllif: Arzu

Oxşar xəbərlər