Rusiya gəmisi İspaniya sahillərində qəzaya uğrayıb.
Teleqraf.com xəbər verir ki, bu barədə Rusiya Xarici İşlər Nazirliyi məlumat yayıb.
“Rusiyanın “Ursa Major” gəmisi göyərtədə baş verən partlayış nəticəsində Aralıq dənizinin sularında batıb”, - məlumatda belə qeyd edilir.
Qəzadan sonra iki ekipaj üzvü itkin düşüb.