ABŞ-nin Kaliforniya ştatının Los-Anceles qraflığında tüğyan edən meşə yanğınlarının nəticələri nüvə zərbəsinin vurduğu zərəri üstələyir.
Teleqraf.com xəbər verir ki, bunu ABŞ-nin yeni prezidenti Donald Tramp deyib.
"Vəziyyət televiziyada gördüyünüzdən daha pisdir. İnanıram ki, orada nüvə hücumunun nəticələrindən daha çox dağıntı var", - deyə, Tramp "Newsmax"a bildirib.
O, ölənlərin sayının sonradan nəzərəçarpacaq dərəcədə artacağını deyib.
Yanvarın 7-də Los-Anceles dairəsində meşə yanğınları başlayıb. Yanğının sürətlə yayılmasına səbəb quraqlıq və çox küləkli hava olub. Yanğınların ümumi sahəsi 16 min hektarı ötüb. Yanğın 12,3 mindən çox binanı, o cümlədən məşhurların mülklərini məhv edib. Baydenin oğlu Hunter, aktrisa və model Paris Hilton, aktyor və rejissor Mel Gibsonun evləri yanıb. Son məlumata görə, 24 nəfər ölüb.