14 Yanvar 20:55
222
12 Punto 14 Punto 16 Punto 18 Punto

NATO "Baltik Qvardiyası" əməliyyatına başlayıb.

Teleqraf.com xarici KİV-lərə istinadən xəbər verir ki, bu barədə NATO-nun Baş katibi Mark Rutte Helsinkidə keçirdiyi mətbuat konfransında elan edib.

O, Şimali Atlantika Alyansının Finlandiya ilə Estoniyanı birləşdirən “Est Link 2” sualtı kabelinin zədələnməsi hadisəsindən sonra Baltik dənizində mövcudluğunu artırmaq niyyətində olduğunu açıqlayıb.

Baş katib “Est Link 2”də təxribat törətməkdə şübhəli bilinən “Eagle S” tankerini ələ keçirdiyinə görə Finlandiyanı tərifləyib: "Finlandiya hüquq-mühafizə orqanları kabelin neft tankerinin lövbəri tərəfindən zədələndiyindən şübhələnir".


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər