Pentaqon katibliyinə namizəd Pit Heqset Rusiya və Çini kiber sferada əsas təhlükə adlandırıb.
Teleqraf.com xəbər verir ki, bu barədə onun Senata təqdim etdiyi yazılı ifadəsinin mətnində deyilir.
O qeyd edib ki, kiberhücumlar amerikalılara ciddi ziyan vurarsa, onları “müharibə aktı” kimi tanımağa hazırdır.
O vurğulayıb ki, Rusiyanın kiber və informasiya əməliyyatları, sualtı imkanları, Arktika və kosmosda ambisiyaları güclüdür.