14 Yanvar 17:10
811
12 Punto 14 Punto 16 Punto 18 Punto

Rusiya Silahlı Qüvvələri Ukraynanın Donetsk vilayətinin Pokrovsk şəhərini qismən mühasirəyə alıblar.

Teleqraf.com xəbər verir ki, bu barədə Ukraynanın keçmiş prezidenti Pyotr Poroşenko məlumat verib.

“Bu gün səhər cəbhədən qayıtmışam. Pokrovsk yarı mühasirəyə alınıb”, - sabiq prezident bildirib.

Poroşenko Ukrayna ordusunun Kursk vilayətində çətin durumundan da danışıb. Onun sözlərinə görə, Ukrayna ordusu cəbhədə PUA, elektron döyüş sistemləri və avadanlıq çatışmazlığı yaşayır.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər