Rusiya tezliklə Ermənistanı cəzalandırmaq üçün hərəkətə keçəcək.
Teleqraf.com xəbər verir ki, bu barədə “Past” yazır.
Nəşr xatırladır ki, İrəvan ötən həftə “Ermənistan Respublikasının Avropa İttifaqına daxil olması prosesinin başlanması haqqında” qanun layihəsini təsdiqləyib:
“Bundan sonra Rusiya tərəfindən kifayət qədər sərt açıqlamalar verilib. Rusiya baş nazirinin müavini Aleksey Overçuk bildirib ki, Avrasiya İqtisadi Birliyi (AİB) və Avropa İttifaqı (Aİ) bir-birinə uyğun gəlmir, Ermənistan bu iki qurum arasında seçim etməlidir.
Rusiya Təhlükəsizlik Şurası sədrinin müavini Dmitri Medvedev isə söyləyib ki, saqqalını təraş edən Paşinyan bir gün Ermənistanın KTMT-nin üzvü olduğunu da xatırlaya bilər.
“Ermənistan liderlərinin Aİ ilə "evlənmək" istəyini nəzərə alsaq, birbaşa avropalılara müraciət etmək olar: Aİ “cənnətə namizədlər”inə pul və silahla kömək etməyi xoşlayır”.
Artıq Rusiyanın səbr kasası dolub. Dünən iqtisadiyyat naziri İrəvanın gündəliyində AİB-dən çıxmaq məsələsinin olmadığını bəyan eləsə də, yaxın günlərdə Rusiyanın özünün Ermənistanın bu qurumdan, eləcə də KTMT-dən çıxarılması prosesinə təşəbbüs göstərəcəyi istisna edilmir. Bunun Ermənistan üçün hansı nəticələrə gətirib çıxaracağını proqnozlaşdırmaq çətin deyil.
Təsadüfi deyil ki, Overçuk artıq İrəvanın AİB ilə əlaqələri məhdudlaşarsa, ölkədə enerji və ərzaq məhsullarının qiymətlərinin artacağı və Ermənistan mallarının ixracının 70-80 faiz azalacağ barədə xəbərdarlıq edib”.