14 Yanvar 22:14
230
12 Punto 14 Punto 16 Punto 18 Punto

Çinin Ticarət Nazirliyi Tayvana silah satdığına görə ABŞ-nin yeddi şirkətini etibarsız müəssisələr siyahısına əlavə edib.

Teleqraf.com xəbər verir ki, bu barədə qurumun bəyanatında deyilir.

Bəyənatda qeyd edilib ki, Çinin etirazına baxmayaraq, Amerika şirkətlərinin Tayvana silah satışı Pekinin suverenliyinə, təhlükəsizliyinə və inkişaf maraqlarına ciddi ziyan vurub.

Məlumata görə, sanksiya siyahısına “Inter-Coastal Electronics”, “System Studies & Simulation”, “IronMountain Solutions”, “Applied Technologies Group”, “Axient”, “Anduril Industries” və “Maritime Tactical Systems” şirkətləri daxil edilib.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər