14 Yanvar 13:34
807
12 Punto 14 Punto 16 Punto 18 Punto

"ABŞ-dəki meşə yanğınları yerli və dünya iqtisadi sisteminə təsir etməyəcək. Zərər görən yerlərin bərpası üçün müəyyən müqavilələr imzalanacaq ki, bu da müsbət nəticələrə gətirib çıxara bilər".

Bunu Teleqraf.com-a açıqlamasında beynəlxalq hüquq üzrə professor Fərhad Mehdiyev deyib.

O bildirib ki, yeni bərpa-quruculuq işləri ilə bağlı maliyyə dövriyyəsi arta bilər:

"İnsanlar evlərini yenidən tikəcəklər, bu da maliyyə dövriyyəsinin artımına səbəb olacaq. Lakin kiçik həcmli problemlər də yarana bilər. Məsələn, Los-Anceles bələdiyyəsinin büdcəsi daşınmaz əmlakdan toplanan vergi əsasında formalaşır. Onlar da uzun müddət vergi ala bilməyəcək. Bunun inkişafa mənfi təsir etmək ehtimalı var. Həmçinin Kaliforniya ən varlı ştatlardandır. Onlar da çətin vəziyyətdən çıxmağı asanlıqla bacaracaqlar. Sığorta müqaviləsi bağlanan zaman yanğın siyahıdan çıxarılmışdı. Ona görə də bu sahədə olan şirkətlərin üzərinə yük düşməyəcək. Bu da bank sisteminə problem yaratmayacaq. Ciddi problemlə kino sahəsi qarşılaşa bilər".

Ekspert bildirdib ki, yanğınlar siyasi proseslərə təsir etməyəcək: "Bələdiyyələrin işi yolları, elektrik və sair sistemləri bərpa etməkdir. ABŞ-də hakimiyyət dəyişikliyini nəzərə alsaq, düşünürəm ki, hər hansı ciddi siyasi problemlər baş verməyəcək. Məsələn, kaliforniyalılar demokratdırlar. Respublikaçılar olsaydı, onda hər hansı problemlər yarana bilərdi".

Xatırladaq ki, yanvarın 7-də Los-Ancelesdə başlayan meşə yanğınlarının ümumi sahəsi 16 min hektarı keçib. Hadisə nəticəsində azı 24 nəfər həlak olub.


Müəllif: Məlik Məlikov

Oxşar xəbərlər