Suriyada hökumətə tabe olmayan silahlı qruplaşmaların ləğvi prosesi çərçivəsində yeni gəlişmələr var.
Teleqraf.com xəbər verir ki, bu çərçivədə Suriya Milli Ordusu (SNO) ilə aparılan danışıqlar nəticəsində “Heyət Təhrir əş-Şam” (HTŞ) və SMO da daxil olmaqla, ölkənin şimalındakı silahlı qrupların nizami orduda iştirakı ilə bağlı razılıq əldə edilib.
Türkiyə mətbuatı yazır ki, Suriya Müdafiə Nazirliyi hər hansı silahlı qruplaşmaya məzhəb, dini və ya regional imtiyaz verəcək bütün təklifləri rədd edib.
Ölkənin yeni lideri Əhməd Şəra silahlı qruplara dövlət idarəçiliyində yer olmayacağını və bütün silahlı birləşmələrin nizami orduya qoşulmasının lazım olduğunu bildirib.
Prosesin Türkiyənin ləğvini tələb etdiyi PKK/SDQ/YPG terror təşkilatını da əhatə edəcəyi deyilir.