Cənubi Qafqaz ölkələri bütün problemləri öz yaxın qonşuları ilə həll etməlidirlər.
Teleqraf.com xəbər verir ki, bunu Rusiya xarici işlər naziri Sergey Lavrov deyib.
Rusiya rəsmisi regional məsələlərin həlli kontekstində Ermənistanın Qərb ölkələri ilə işbirliyinə etiraz edib:
“Məsələn, onlar Avropa İttifaqı missiyasının Ermənistanın Sünik bölgəsində (Zəngəzur) təhlükəsizliyi təmin edəcəyini elan etdikdə, bu, mənim üçün çox da anlaşılan olmadı”.
Lavrovun sözlərinə görə, Cənubi Qafqaz ölkələri ilə qonşuları arasında problemin həlli üçün 3+3 mexanizminin yaradılması təşəbbüsü dəstəklənib:
“Məncə, bu, daha effektiv formatdır. İndi belə görünür ki, Ermənistan və Azərbaycan praktiki olaraq sülh müqaviləsi ilə bağlı razılığa gəliblər. Aydın məsələdir ki, qalan iki məsələdən hansısa yolla yan keçmək çətindir. Qərar verməlisiniz: ya bəli, ya da yox. Dərhal Avropa İttifaqı bəyan elədi ki, gəlib kömək edəcəyik. Bu, müqaviləni harada və nə vaxt imzalamaq Azərbaycan və Ermənistanın suveren qərarıdır”.