14 Yanvar 14:56
3 056
12 Punto 14 Punto 16 Punto 18 Punto

İsrail öz vətəndaşlarına xəbərdarlıq edib ki, İran tərəfindən onlara zərər vermək və ya oğurlamaq məqsədilə onları xaricə sövq etmək cəhdlərinin artması ilə bağlı ayıq-sayıq olmaq lazımdır.

Teleqraf.com xəbər verir ki, bu barədə İsrail Milli Təhlükəsizlik Şurasının bəyanatında deyilir.

Bəyanatda qeyd edilir ki, İran qüvvələri onlayn rejimdə israilliləri hədəfə alır və onları xaricdə hücuma məruz qalacaqları toplantılarda iştirak etməyə razı salmağa çalışır.

Qurum xatırladır ki, bu yaxınlarda teleqramda özünü “Al Arabiya” xəbər orqanının farsca versiyasının əməkdaşı kimi təqdim edən və müsahibə üçün Dubayda görüş təşkil etmək istəyən şəxs bir israilli iş adamı ilə əlaqə saxlayıb. Şübhələndikdən sonra iş adamı Milli Təhlükəsizlik Şurasını xəbərdar edib. Bundan sonra o, şəxsi məlumatlarının ələ keçirilməsi ilə əlaqədar mobil telefonunun zərərli proqramla yoluxdurulduğunu üzə çıxarıb.

Milli Təhlükəsizlik Şurası israillilərə naməlum internet resurslarında onlayn məlumat paylaşmamaq və şəxsiyyətlərini təsdiqləmədən hansısa potensial biznes və ya akademik tərəfdaşlarla şəxsi məlumatları və ya səyahət planlarını bölüşməməyə qarşı xəbərdarlıq edib.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər