14 Yanvar 13:46
1 801
12 Punto 14 Punto 16 Punto 18 Punto

ABŞ enerji infrastrukturuna qarşı terror hücumlarına icazə verir, onun bu çərçivədə “Türk axını”nı dayandırmaq planları var.

Teleqraf.com xəbər verir ki, bunu Rusiya xarici işlər naziri Sergey Lavrov deyib.

“Birləşmiş Ştatların enerjidən başlayaraq heç bir sahədə heç bir rəqibə ehtiyacı yoxdur, burada heç düşünmədən Avropa İttifaqının enerji rifahının təməlini məhv etmək üçün terror fəaliyyətlərinə yol verirlər. Ukraynalıları “Şimal axını” boru kəmərindən sonra “Türk axını”nının da fəaliyyətini dayandırmağa təhrik edirlər”, - Rusiyanın baş diplomatı qeyd edib.

Xatırladaq ki, “Türk axını” Rusiya və Türkiyə arasında Qara dəniz üzərində həyata keçirilən qaz kəməri layihəsidir.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər