14 Yanvar 14:39
469
12 Punto 14 Punto 16 Punto 18 Punto

Ermənistan xarici işlər naziri Ararat Mirzoyan Rusiyaya dəvət olunub, onun səfəri yaxın vaxtlarda baş tuta bilər.

Teleqraf.com xəbər verir ki, bunu Rusiya xarici işlər naziri Sergey Lavrov deyib.

“Ararat Mirzoyan Rusiyaya dəvət olunub və bunu qəbul edib. Biz onu gözləyirik. Ümid edirəm ki, səfər tezliklə baş tutacaq”, - Lavrov bildirib.

Xatırladaq ki, Mirzoyan hazırda ABŞ-də səfərdədir. Ermənistan xarici işlər naziri axşam saatlarında Vaşinqtonda ABŞ dövlət katibi Entoni Blinkenlə iki ölkə arasında strateji tərəfdaşlığa dair sazişi imzalayacaq.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər