Suriyada hakimiyyət dəyişikliyindən sonra Dəməşqdən Türkiyəyə ilk rəsmi səfər gerçəkləşəcək.
Teleqraf.com xəbər verir ki, Suriya xarici işlər naziri Əsəd əl-Şibani, müdafiə naziri general-mayor Murhəf əbu Kəsra və kəşfiyyat xidmətinin rəhbəri Enes Xəttab sabah Ankaraya gələcəklər.
Suriyanın yeni lideri Əhməd əl-Şəranın nümayəndə heyətinin tərkibində olub-olmayacağı bildirilməyib.
Xatırladaq ki, Türkiyə mətbuatı bundan əvvəl Şəranın ilk xarici səfərini Ankaraya edəcəyi barədə məlumat yaymışdı.