14 Yanvar 12:50
664
12 Punto 14 Punto 16 Punto 18 Punto

Türkiyədə erkən (prezident və parlament) seçkilər keçirilməyəcək.

Teleqraf.com xəbər verir ki, bunu Türkiyənin Milliyyətçi Hərəkat Partiyasının (MHP) sədri Dövlət Baxçalı deyib.

“Seçkiləri qabağa çəkmək kimi bir şey yoxdur, buna nə ehtiyac var, nə də gərək. Seçkilərdən danışanların səmimi olmadıqları bəllidir. Millətimizin gələcəyi ilə bağlı real vədləri yoxdur, ola da bilməz”, - MHP lideri vurğulayıb.

Xatırladaq ki, Türkiyədə növbəti prezident və parlament seçkiləri 2028-ci ildə keçirilməlidir.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər