ABŞ-nin yeni seçilmiş Prezidenti Donald Tramp Ukraynada müharibəyə son qoymaq planları və rusiyalı həmkarı Vladimir Putinlə mümkün görüş barədə açıqlama verib.
Teleqraf.com xəbər verir ki, o, görüşün vəzifəsinin icrasına başladıqdan sonra baş tutacağını deyib.
Müharibəyə son qoymaq strategiyası barədə suala Tramp belə cavab verib:
“Bəli, yalnız bir strategiya var: hər şey Putindən asılıdır. Onun hadisələrin necə getdiyinə görə həyəcanlandığını təsəvvür edə bilmirəm, çünki onun üçün də işlər o qədər də yaxşı getmədi”.
Putinlə gözlənilən görüşdən danışan ABŞ lideri tarixləri açıqlamasa da, vəzifəyə gəldikdən sonra bunu ən qısa zamanda etməyi planlaşdırdığını deyib:
“Onun görüşmək istədiyini bilirəm, tezliklə görüşəcəm. Mən bunu daha tez edərdim, amma bunun üçün ofisə getməlisən. Bəzi şeylər sizin orada olmağınızı tələb edir”.