14 Yanvar 13:39
943
12 Punto 14 Punto 16 Punto 18 Punto

Türkiyənin Milliyyətçi Hərəkat Partiyasının (MHP) sədri Dövlət Baxçalı DEM Partiyasının PKK terror təşkilatının lideri Abdullah Öcalanla təmasları barədə açıqlama verib.

Teleqraf.com xəbər verir ki, MHP lideri bu görüşlərin sonunda PKK-nın ləğv edilməsinin açıqlanacağını gözlədiklərini deyib.

“DEM nümayəndə heyətinin təmasları qənaətbəxşdir. DEM heyətinin təmas və ziyarətləri, fikrimizcə, müsbət olub. Terrorsuz Türkiyənin yanında olan hər kəs dəyərlidir. PKK terrorçuları ya silahları ilə birlikdə təslim olmalı, ya da qaçılmaz sonla üzləşməlidirlər.

Terror təşkilatının sonu çatıb. İmralıda (həbsxanada) DEM heyəti ilə keçiriləcək ikinci görüşdə heç bir şərt qoyulmadan terrorla nəticə əldə edilə bilməyəcəyi açıqlanmalıdır. Bu, bizim qəti və güzəştsiz gözləntimizdir”, - Baxçalı bildirib.

MHP lideri PKK-nın qeyd-şərtsiz ləğv edilməli olduğunu vurğulayıb:

“Terrorla heç bir danışıqlar aparıla bilməz, ona qarşı ancaq mübarizə aparılar. Xain terror təşkilatının sonu çatıb. Heç kim bizimlə kürd qardaşlarımızın arasına girib bizi bölə bilməz. PKK-nın bitdiyini qeyd-şərtsiz elan etmək lazımdır. Fəratın şərqi (Suriya) terrordan təmizlənməlidir, başqa yolu yoxdur. Terror təşkilatının sonu gəlib, daha tuta biləcəkləri budaq qalmayıb”.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər