Ötən il dekabrın 7-də, Suriyada Əsəd rejiminin devrilməsindən bir gün əvvəl Qətərin paytaxtı Dohada keçirilən beynəlxalq forumda baş verən maraqlı hadisə üzə çıxıb.
Teleqraf.com xəbər verir ki, bu barədə Türkiyənin “Yeni Şafak” qəzeti məlumat yayıb.
Türkiyə, Rusiya və İranın Suriyadakı son hadisələri müzakirə etmək üçün bir araya gəldiyi görüşdə Rusiya xarici işlər naziri Sergey Lavrovla iranlı həmkarı Abbas Əraqçi arasında gərginlik yaşandığı məlum olub.
Rusiya və İran nazirlərinin bir-birlərini xəyanətdə ittiham etdikləri görüşdə Lavrov Əraqçiyə belə deyib: “Bölgədə sizinlə İsrail arasında heç bir fərq yoxdur”.
Bundan sonra Türkiyə xarici işlər naziri Hakan Fidan və Milli Kəşfiyyat Təşkilatının (MİT) rəhbəri İbrahim Kalın tərəfləri sakitləşdirib.
Tərəflər sakitləşdikdən sonra görüşə daha sonra Qətər xarici işlər naziri Şeyx Məhəmməd bin Əbdülrəhman əl-Tani də qatılaraq, Suriya ilə bağlı diqqətçəkən açıqlamalar verib. Əl-Tani Suriyada rejim dəyişikliyinin artıq qaçılmaz olduğuna deyib.