14 Yanvar 12:00
1 213
12 Punto 14 Punto 16 Punto 18 Punto

Ana Vətən Partiyasının sədrliyindən istefa verəcəyim, postumu partiyanın sədr müavini, Milli Məclisin deputatı Günay Ağamalıya ötürəcəyimlə bağlı yayılan xəbər yanlışdır.

Bunu Teleqraf.com-a partiya sədrliyindən istefa xəbərinə münasibət bildirən Ana Vətən Partiyasının sədri Fəzail Ağamalı deyib.

“Gündəlikdə belə bir məsələ yoxdur. Hələlik partiyaya sədrliyimi davam etdirirəm. Yaxın günlərdə, aylarda, hətta bir neçə ildə bu məsələ gündəlikdə olmayacaq”, - deyə o qeyd edib.

Fəzail Ağamalı səhhəti ilə bağlı yayılan informasiyalara da münasibət bildirib: “77 yaşım var. İndi özümü 17 yaşındakı kimi hiss edə bilmərəm. Təbii ki, yaşa görə səhhətimdə müəyyən problemlər olur. Elə buna görə deputatlığa namizədliyimi irəli sürmədim. Düşündüm ki, daha gənc və perspektivli şəxslər bu işi apara bilər”.

Qeyd edək ki, Fəzail Ağamalı 1947-ci ildə doğulub. O, 1992-1993-cü illər aralığında sosial təminat nazirinin müavini, 1993-1994-cü illərdə isə əmək və əhalinin sosial müdafiəsi naziri vəzifəsinin icra edib. Həmçinin Milli Məclisin I, II, III, IV, V və VI çağırış deputatı olub. 1990-cı ildən Ana Vətən Partiyasının sədridir.


Müəllif: Tapdıq Qurbanlı

Oxşar xəbərlər