14 Yanvar 10:23
221
12 Punto 14 Punto 16 Punto 18 Punto

İran və "Avropa üçlüyü" ölkələri (Böyük Britaniya, Almaniya və Fransa) danışıqların üçüncü raundundan sonra məsləhətləşmələri davam etdirmək barədə razılığa gəliblər.

Teleqraf.com xəbər verir ki, bu barədə İran xarici işlər nazirinin müavini Kazem Qəribabadi məlumat verib.

“Təfərrüatlara keçərək, razılığa gəlmək üçün zəruri olan iki sahədə müxtəlif məqamları - sanksiyaların ləğvi və nüvə məsələsini müzakirə etdik”, - İran XİN rəhbərinin müavini belə deyib.

İran və Avropa nümayəndələri arasında danışıqlar sentyabrda Nyu-Yorkda BMT Baş Assambleyasının sammiti çərçivəsində diplomatlar arasında baş tutan görüşlərin davamı hesab olunur.

Daha əvvəl Kazem Qəribabadi bildirib ki, hazırda Avropa ölkələri və İran arasında baş verənləri tam mənada danışıqlar adlandırmaq olmaz, bu, daha çox məsləhətləşmələrdir.


Müəllif: Ceyhun Ağazadə

Oxşar xəbərlər