ABŞ prezidenti Cozef Baydenin administrasiyası Ukraynanın döyüş meydanındakı ciddi problemlərindən xəbərdardır.
Teleqraf.com xəbər verir ki, bu barədə “The New York Times” nəşrində məqalə dərc olunub.
Yazıda bildirilib ki, ABŞ dövlət katibi Antoni Blinken və Pentaqon rəhbəri Lloyd Ostin Ukraynanın döyüş meydanında ciddi problemləri olduğunu etiraf ediblər.
“Ukraynanın bu günə qədər əldə etdiyi uğurlar böyük strateji nailiyyət olub, lakin ordu hələ də döyüş meydanında ciddi problemlərlə üzləşir", - Blinken və Ostin Ukraynanın mühüm infrastrukturuna dəyən ziyanı əsas gətirərək deyib.
Qeyd edək ki, son vaxtlar Ukraynanın müxtəlif səviyyəli hərbi rəhbərləri döyüş bölgəsindəki vəziyyəti "daim mürəkkəb" kimi xarakterizə edirlər.
Ötən il dekabrın 19-da Ukrayna Silahlı Qüvvələrinin Ali Baş Komandanı Aleksandr Sirski Böyük Britaniyanın Müdafiə Qərargahının rəisi, admiral Toni Radakin ilə telefon danışığında cəbhədə son dərəcə çətin vəziyyətin davam etdiyini bildirib.