14 Yanvar 12:32
383
12 Punto 14 Punto 16 Punto 18 Punto

Rusiya ordusu Ukrayna qoşunlarını geri çəkilməyə məcbur etmək üçün Donetsk vilayətinin Pokrovsk və Mirnoqrad şəhərlərinə quru təchizatı yollarını kəsməyi planlaşdırır.

Teleqraf.com xəbər verir ki, bu barədə ABŞ-nin Müharibə Araşdırmaları İnstitutu (ISW) məlumat yayıb.

Analizdə qeyd edilir ki, Rusiya qüvvələri Ukrayna bölmələrini yaxın aylarda bu şəhərlərdən çıxarmaq üçün Pokrovsk və Mirnoqrada təchizat xətlərini kəsmək niyyətindədir. Hədəfin bu şəhərlərə gedən T-0405 və T-0406 marşrutlarının olduğu bildirilir.

ISW, həmçinin vurğulayır ki, Rusiya ordusunun Pokrovskdan şərq və qərbə doğru irəliləməsi Ukrayna qüvvələrinin hərəkəti və maddi-texniki təchizatını çətinləşdirə bilər:

“Müdafiə qüvvələri şimala doğru geri çəkilməyə məcbur olsa, ruslar Pokrovsk və Mirnoqradı mühasirəyə almaqla yanaşı, Donetsk və Dnepropetrovsk vilayətləri arasındakı inzibati sərhədə qədər irəliləyəcəklər”.

ABŞ institutu əlavə edir ki, Pokrovsk və Mirnoqradın blokadası Ukrayna Silahlı Qüvvələrinin geri çəkilməsi və ağır şəhər döyüşləri olmadan bu yaşayış məntqələrinin ələ keçirilməsi ehtimalını artırır.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər