14 Yanvar 16:01
208
12 Punto 14 Punto 16 Punto 18 Punto

Qəzza zolağında atəşkəslə bağlı danışıqlar son mərhələdədir.

Teleqraf.com xəbər verir ki, bu barədə Qətər XİN məlumat yayıb.

Qeyd olunub ki, Qəzzada 15 aydan çoxdur davam edən müharibədən sonra tərəflər nəhayət, razılaşmanın astanasındadırlar.

Atəşkəslə yanaşı, müharibə zamanı əsir düşmüş şəxslərin də azad olunacağı açıqlanıb.

HƏMAS-ın İsrail qoşunlarının Qəzzadan tam çıxarılmasına dair şərtdən imtina etdiyi qeyd olunub.

BBC artıq sövdələşmənin əldə edildiyini, yekun açıqlama üçün sadəcə texniki detalların qaldığını bildirib.

Tərəflər arasında razılaşma mərhələli şəkildə həyata keçiriləcək.


Müəllif: Ceyhun Ağazadə

Oxşar xəbərlər