Avropa Şurası Parlament Assambleyasının (AŞPA) Gürcüstan üzrə həmməruzəçiləri Klod Kern və Edit Estrella Tbilisidə səfərdədirlər.
Teleqraf.com xəbər verir ki, onlar artıq QHT təmsilçiləri və etirazlar zamanı xəsarət alan şəxslərlə görüşüblər.
Gürcüstana səfər çərçivəsində AŞPA həmməruzəçiləri siyasi partiyaların rəhbərləri və hökumət rəsmiləri ilə də görüşlər keçirəcəklər.
Səfər yanvarın 16-da başa çatacaq.