Rusiya ordusu Ukraynanın Donetsk vilayətinin Ternı və Neskuçnoy yaşayış məntəqələrini ələ keçirib.
Teleqraf.com xəbər verir ki, bu barədə Rusiya Müdafiə Nazirliyi məlumat yayıb.
Ternı kəndi Rusiya Silahlı Qüvvələrinin “Qərb”, Neskuçnoy qəsəbəsi isə “Şərq” qoşun qruplaşmasının bölmələri tərəfindən işğal edilib.