09:50
12 Punto 14 Punto 16 Punto 18 Punto

Gürcüstanın keçmiş baş naziri, müxalif “Gürcüstan naminə” partiyasının sədri Giorgi Qaxariyanın fiziki hücuma məruz qalması ilə bağlı istintaqa başlanılıb.

Teleqraf.com xəbər verir ki, bu barədə ölkənin Daxili İşlər Nazirliyindən bildirilib.

Məlumata əsasən, istintaq zorakılıq maddəsi üzrə aparılır.

Qeyd edək ki, insident Batumidə “Şeraton” mehmanxanasında baş verib. G.Qaxariya xətəxanaya aparılıb. Klinikadan bildirilib ki, onun burun sümüyünün sınığı və beyin silkələnməsi olub. Sabiq baş nazir öz istəyi əsasında xəstəxananı tərk edib.


Müəllif: Cəmilə Babayeva

Oxşar xəbərlər