“Donetsk Xalq Respublikası”nın (DNR) Müdafiə Nazirliyi Donetsk hava limanı yaxınlığında nazirin kortejinin atəşə tutulması faktını təsdiqləyib.
Axar.az RİA Novostiyə istinadən xəbər verir ki, bu barədə qondarma Donetsk Xalq Respublikasının Müdafiə Nazirliyinin nümayəndəsi məlumat verib.
Məlumatda Müdafiə nazirinin atəşə tuş gəldiyini təsdiq edərək ona zenit qurğularından atəş açıldığı bildirilir.
Qeyd edək ki, Müdafiə naziri sağ qalıb.